32 baxış
Bu yazını paylaşın
İdman

Estoniyalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”

16 İyun 2023

“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”.

Telejurnal“ın məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Henri Anier Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

33 yaşlı hücumçu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq görüşə qələbə üçün çıxacaqlarını bildirib: “İlk gündən hər şey yaxşıdır. Əhvali-ruhiyyəmiz qaydasındadır. Çətin oyun olacaq. Ancaq məqsədimiz uğurlu nəticə ilə buradan ayrılmaqdır”.

O, matça iki istiqamətdə hazırlaşdıqlarını söyləyib: “İlk istiqamət öz oyun planımızdır. Həmçinin, rəqibi təhlil etmişik, zəif cəhətlərini öyrənmişik. Azərbaycan yığması güclü komandadır. Buna baxmayaraq, yaranacaq boşluqlardan yararlanmağa çalışacağıq. Millinin bir çox oyunçuları yoxdur. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Birgə çalışmalı, ölkəmizi yaxşı təmsil etməliyik. Sabah göstərməliyik ki, həm qol vura, həm də qələbə qazana bilərik. Düşünürəm ki, sabaha hazırıq, özümüzü yaxşı hiss edirik. Səbirsizliklə matçı gözləyirik. Həm mən, həm də bütün komanda hazırdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…