24 baxış
Bu yazını paylaşın
İdman

Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi evdə yaxşı oynayır”

16 İyun 2023

“Azərbaycan millisi evdə yaxşı oynayır”.

Telejurnal” ın məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Haberli Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis iyunun 17-də “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: “Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.

O, istənilən matçda səbirlə çıxış etməyin vacibliyini vurğulayıb: “Səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbirlə çıxış edəcəyik”.

Haberli Azərbaycan yığmasının Avstriyaya 1:4, Estoniya seçməsinin isə 1:2 hesabı ilə məğlub olmasına da münasibət bildirib: “Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük önəmi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara yox, xallara görə çıxış edirik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…