47 baxış
Bu yazını paylaşın
Siyasi

Estoniya Prezidenti: Ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var

08 Fevral 2022

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Alar Karis ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Estoniya Prezidenti Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını söyləyib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi barədə danışıb.
Prezident Alar Karis ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin yaradıldığını xatırladaraq, münasibətlərin daha da inkişafı üçün yaxşı potensial olduğunu bildirib. O, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətləri dəstəklədiyini vurğulayıb. Alar Karis ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini də ifadə edib.
Səmimi görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Estoniya Respublikasının Prezidentinə çatdırıb.
Milli Məclisin sədri kimi Estoniyaya ilk dəfə rəsmi səfər etdiyini diqqətə çatdıran Sahibə Qafarova bu səfər zamanı keçirdiyi görüşlər barədə məlumat verərək, iki ölkənin parlamentləri arasında əlaqələrin hazırkı səviyyəsindən razılığını bildirib. S.Qafarova münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib və bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını deyib. O qeyd edib ki, mövcud qanunvericilik bazası ikitərəfli gündəliyin müxtəlif sahələrini əhatə edəcək yeni sənədlərlə daha da zənginləşdirilə bilər. COVID-19-un mənfi təsirlərinə baxmayaraq, iqtisadi, ticarət, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün əlverişli şərait var.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr haqqında da məlumat verən S.Qafarova ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələdə olduğunu, Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını diqqətə çatdırıb. Milli Məclisin sədri, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladaraq, bu səfərlərin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin xarakterini nümayiş etdirdiyini vurğulayıb.

Milli Məclisin sədri 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında da danışaraq qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına təmin edib. S.Qafarova diqqətə çatdırıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Qısa müddət ərzində çox böyükhəcmli işlər görülüb, yeni nəqliyyat infrastrukturu yaradılıb, Füzulidə Beynəlxalq Hava Limanı fəaliyyətə başlayıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması regionun nəqliyyat potensialını xeyli artıracaq. Sahibə Qafarova vurğulayıb ki, Ermənistan regionda yeni yaranmış reallıqları düzgün dəyərləndirməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Estoniya Prezidenti Alar Karis onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…