113 baxış
Bu yazını paylaşın
Siyasi

Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib

23 May 2022

Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 Telejurnal AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yuri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…