22 baxış
Bu yazını paylaşın
Siyasi

Estoniya mətbuatı Azərbaycanın Milli Qurtuluş Günündən yazıb

16 İyun 2022

15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Estoniyanda geniş oxucu auditoriyasına malik “baltija.eu” və “slavia.ee” onlayn xəbər portallarında ölkələrimiz arasındakı münasibətlərdən və Milli Qurtuluş Günündən bəhs edən məqalə yayımlanıb.

məqalədə Estoniya ilə Azərbaycan arasında son zamanlar müxtəlif növ siyasi və iqtisadi əlaqələrin sürətli inkişafından, Azərbaycanın da Estoniya kimi 90-cı illərin əvvəllərində müstəqil inkişaf yoluna qədəm qoymasından, ölkəmizin Avropa İttifaqı və bilavasitə Estoniya üçün artan rolundan, eləcə də Azərbaycanın turizm və iqtisadi imkanlarından bəhs edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycan Qafqazın mirvarisidir, Xəzər dənizinin sahilində yetişib və hazırda öz inkişaf tempi ilə heyrətləndirir. Müasir Azərbaycan Avropa və Asiya mədəniyyətlərinin simbiozudur.

Yazılarda bildirilir ki, Azərbaycanın qida sənayesi ekoloji cəhətdən təmiz və dadlı məhsulları beynəlxalq bazara təqdim etmək üçün yaxşı resursa malikdir. Azərbaycan çayı qədim zamanlardan öz keyfiyyəti ilə məşhurdur.

Qeyd olunur ki, bu gün Qafqaz ölkəsi kimi Azərbaycanın beynəlxalq aləmdə özünü tanıtmaq üçün böyük potensialı var. Bu da ümummilli lider Heydər Əliyevin ölkənin siyasi-ictimai rifahının təşkili istiqamətində gördüyü böyük işlər sayəsində mümkün olub.

Məqalələrdə, həmçinin vurğulanıb ki, 1993-cü ilin iyunun 15-da Azərbaycanın müstəqilliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…