271 baxış
Bu yazını paylaşın
Uncategorized

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023

Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan “28 May – Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı təşkil etdiyi esse müsabiqəsinin ikincisi Asiman Hafizqızının müsabiqəyə təqdim etdiyi esse:

Tariximizin səhifələrini vərəqləyəndə göz önündə həm sevincli, həm də kədərli günlər canlanır.

Tariximizin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyət bəyannaməsi qəbul edildi. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov kimi ziyalılarımız o dövrün hər bir çətinliyinə qalib gələrək yaratdıqları Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə çox böyük işlər gördü:

Qadınlara seçki hüququ verildi.

27 iyun 1918-ci ildə ilk dəfə Azərbaycan dili dövlət statusu aldı.

1918-ci il noyabrın 9-da üçrəngli üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağımız təsdiq olundu.

1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı.

1918-ci il dekabrın 7 də parlament açılır. Bu dövrdə parlamentin 11 daimi komissiyası fəaliyyət göstərib, 145 iclası keçirilib, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub.

1919-ci il 11 avqustda vətəndaşlıq haqqında qanun qəbul edilir

1919-ci il 1 sentyabrda indiki Bakı Dövlət Universiteti təsis edilir.

1919-ci il 30 oktyabrda Mətbuat haqqında nizamnamə qəbul edilir.

1 mart 1920-ci ildə AzərTAc təsis olunur.

Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə hərtərəfli siyasət yürütdü, azadlığın nə olduğunu xalqa anlatdı.

Cümhuriyyətimiz həm daxilidə, həm də xaricidə uğurlu siyasət aparırdı. Ziyalılarımızın səyi nəticəsində 20-dən çox dövlət ilə diplomatik əlaqələr quruldu.

Azərbaycan Xalq Cümhuriyyətinə qarşı xarici və daxili təzyiqlər hökumətin vəziyyətini gərginləşdirirdi. Sovet Rusiyası hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı. Daxildə sosial-siyasi böhranın dərinləşməsi AXC-nin süqutunu yaxınlaşdırırdı. Artıq Bakını zəbt etmək və Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaq barədə konkret tədbirlər görülürdü. XI Qırmızı Ordu hissələri 1920-ci il aprelin 27-də Azərbaycan ərazisinə daxil oldular. Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

71 il əsarət altına yaşadıq. 71 il ərzində millətin səsini boğmaq, xalqımızın azadlığının qarşısını almaq üçün məkrli siyasət davam etdirilirdi. Bu illərdə bizə tariximizi unutmağa çalışdılar. Amma bu mümkün olmadı. Nəhayət, 1991- ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdi. Bundan sonra tariximizi yaşatmaq, başımıza gələn faciələri dünyaya çatdırmaq öz əlimizdə idi.

Müstəqilliyimizi bərpa etmək, qoruyub saxlamaq asan olmadı. 20-ci əsrin 90-cı illərində tariximizə qanla yazılan günlər oldu. Müstəqiliyini yenicə qazanan ölkənin reallıqları məlumdur: güclü ordu, möhkəm siyasət yoxdur . Bundan istifadə edən bir zamanlar dost deyib çörək verdiklərimiz,mənfur qonşularımız 20% torpaqlarımızı işğal etdilər.

Artıq zaman dəyişmişdi Azərbaycan müstəqil respublika idi. Lakin bu suverenliyi qorumaq üçün güclü liderə ehtiyac vardır. Beləliklə,1993-ci ilin oktyabrın 3-də xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. O gündən müstəqil Azərbaycanın tarixində yeni,şanlı səhifə açıldı. Ümummilli Lider Heydər Əliyev hakimiyyəti dövründə xalqın rifahı, dövlətin inkişafı üçün çoxşaxəli, uğurlu siyasət yeritdi.

2003-ci ildə isə hakimiyyətə İlham Əliyev gəldi. Ulu öndərin yolunu uğurla davam etdirdi, odlar yurdu Azərbaycan günü gündən hər bir sahədə inkişaf etdi.

Millət olaraq əsrlərlə tarixdə çox qələbələr, acılar yaşamışıq: faciələr, soyqırımlar, ata-baba torpağlarımızın zorla əlimizdən alınması, beynəlxalq arenalarda haqlı olduğumuz zaman haqsız vəziyyətdə qalmağımızı görmüşük, illərlə minlərlə şəhidin kədərini ürəyimizdə daşımışıq. Bütün bu olanlar bizim əzmimizi qıra bilmədi, əksinə mübarizləşdik.

30 il Qarabağ dərdini, şəhidlərimizin qisasını alacağımız günü gözlədik. O gün gəldi, zəfər tarixinin başlanğıcı 27 sentyabr 2020- ci il oldu.

Möhsün Yazıçıoğlunun belə bir söz var: “Qan tökməyi sevən bir millət deyilik, amma mövzu vətəndirsə dünyanın şah damarını da kəsərik” Bizim mövzumuz da Vətənin ayrılmaz parçası Qarabağ idi, heç nəyi düşünmədən mərd Azərbaycan oğulları vətən üçün müharibəyə yollandılar. Təssüf ki, müharibə qansız olmur, şəhidlər verdik.

Ali baş kamandanın rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü ilə torpaqlarımızı işğaldan azad etdik. Artıq tariximizdə 8 Noyabr-Zəfər Günü kimi səhifə var. Bu gün üç rəngli şanlı bayraq Qarabağda dalğalanır, müqəddəs Qarabağ torpağı igid Azərbaycan əsgərinin nəfəsini duyur.

Bu gün Vətənin qorxmaz övladları ulularımızdan ,şəhidlərimizdən əmanət qalan o torpağı qoruyurlar və bir gün gələcək üstündə Rəsulzadənin nəfəsi olan o şanlı ay paralı bayraq Cənubi, Qərbi Azərbaycanda dalğalanacaq. O gün gələcək Azərbaycan tam olacaq. Biz bunu da bacaracıq, çünki biz Rəsulzadə nəslindənik-türkük, Ulu babamızın ümidini boşa çıxara bilmərik. Müstəqilliyimizin sarsılmasına heç zaman icazə verməyəcik.

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin birincisi-Fatimə Zeynalovanın yazısı.

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…