66 baxış
Bu yazını paylaşın
Siyasi

Əsirlərin dəyişdirilməsi: Dilqəm və Şahbaz Azərbaycana qaytarıla bilərmi?

10 Oktyabr 2020

“Böyük ehtimalla 11 saat davam edən görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi də olub”.

Bunu telejurnal-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun oktyabrın 10-da elan olunan humanitar atəşkəs əsasında hərbi əsirlər və meyitlərlə dəyişdirilə bilərmi, sualına cavab verərkən bildirib. Ekspert bu məsələ ilə bağlı hər hansı bir fikir bildirməyin çətin olduğunu deyib:

“Bunlar tamam başqa-başqa məsələlərdir. Konkret danışılıb sentyabrın 27-dən bu gün saat 12:00-a kimi kimi olan meyitlərdən və hərbi əsirlərdən. Nə olacaq, necə olacaq, onu deyə bilmərəm. Dilqəm Əsgərov və Şahbaz Quliyev gürovluqdadır. İşğalçılar onları girov götürüb. Mən çox arzulayıram, çox istəyirəm onlar Azərbaycana qaytarılsın. Necə olacaq, nə olacaqsa, onu yaxın saatlarda biləcəyik”.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…