52 baxış
Bu yazını paylaşın
İctimai

Əsgərlərimizə “evinizə xoş gəlmisiniz” deyən erməni qadın Bakıda – Fotolar

07 Oktyabr 2020

Bu gün xilas edilərək döyüş bölgəsindən təxliyyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan mətbuat konfransı keçirib.

“telejurnal” AzərTac-a istinadən xəbər verir ki, mətbuat konfransında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib ki, Düşənbədə anadan olmuş Aznif Baqdasaryanın nənəsi Bakıda yaşayıb və o, da hər yay Bakıya nənəsinin yanına gəlib.

A. Sofiyeva deyib ki, onunla söhbətdə Aznif Baqdasaryana da bildirilib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur.

A. Baqdasaryan deyib: “Mənim üçün pis xalq və pis insan olmayıb. Biz də müharibə istəmirik. Biz də övladlarımızın yetim, evsiz qalmasını istəmirik. Sovet İttifaqında olduğu kimi bir yerdə yaşamaq istəyirik. Biz, əsasən, sülhpərvər əhaliyik. Bombalardan mülki insanlar əziyyət çəkir. Onlardan biri də mənəm. Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. Üç sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər”.

A. Baqdasaryan iki xalqın uzun müddət dostluq şəraitində yaşadığını bildirib: “Biz yüz illərlə müharibə aparmalı deyilik. İstəmirik ki, analar uşaqlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın”.

A. Baqdasaryan Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını deyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…