347 baxış
Bu yazını paylaşın
İqtisadi

Əsas kapitala yönəldilmiş vəsaitin 68,3 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

17 Yanvar 2022

Ötən il əsas kapitala 16 milyard 127 milyon manat məbləğində, yaxud ötən illə müqayisədə 8,2 faiz az vəsait yönəldilib.
“TELEJURNAL” xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard 29,5 milyon manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə xərclənib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib, 11 milyard 15,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, digər vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6 faiz təşkil edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…