22 baxış
Bu yazını paylaşın
İdman

Erməniyə qalib gələn Azərbaycan güləşçisi: “Növbəti hədəf dünya çempionu olmaqdır”

04 İyul 2023

“Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”.

Telejurnal-ın  məlumatına görə, bunu İspaniyada keçirilmiş U-20 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev deyib.

61 kq çəki dərəcəsində çıxış edən idmançı finaldakı rəqibinin erməni olduğunu xatırladıb: “Bu qarşılaşma çətin keçdi. Şükürlər olsun ki, ona da qalib gələrək Avropa çempionu oldum. Həlledici duelədək görüşlərim rahat alınmışdı”.

Qızıl medal qazanan digər güləşçi Ruslan Abdullayev (57 kq) yarışın yaxşı keçdiyini söyləyib: “Komanda olaraq Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə tam üstünlüklə qalib gələrək qızıl medal əldə etdim”.

Yığma komandanın böyük məşqçisi Arif Abdullayev 2013-cü ildən sonra ikinci dəfə sərbəst güləşdə gənclər arasında komanda hesabında 1-ci yeri tutduqlarını diqqətə çatdırıb: “10 çəkidən 6-sında medal qazandıq və komanda hesabında Avropa çempionu olduq. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu uğurda payı və əziyyəti olan hər kəsə, o cümlədən federasiya rəhbərliyini təşəkkürümü bildirirəm. İspaniyada təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey yaxşı idi. Avqustda U-20 dünya çempionatı keçiriləcək. Xaçmazda fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçəcəyik. Son olaraq taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. İnanıram ki, bu yarışa da yaxşı hazırlaşıb, qızıl medallarla xalqımızı sevindirəcəyik”.

Qeyd edək ki, qitə birinciliyində Ruslan Abdullayevlə (57 kq) Ceyhun Allahverdiyev (61 kq) qızıl, Yusif Dursunov (125 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…