271 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistanın qəlbi gözələ məxsus olmasa da xəyanətə meyillidir

26 Mart 2022

Ukraynada davam edən hərbi əməliyyatlar və bu ölkə ətrafında böhranla bağlı bir sıra Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar fonunda rəsmi Yerevan özünü olduqca abırsız və gözlənilən, həqiqətən də “ermənisayağı” apardı.
Bu ölkənin XİN rəhbəri Ararat Mirzoyan özünün gürcü həmkarı David Zakalianiyə zəng vurub. Zəng faktının özü artıq böyük dövlətin siyasətçilərinin və ekspert qrupunun diqqətini çəkdi. O ölkənin ki, onun erməni forpostu ona olan “sədaqətinə” uzun illər ərzində and içməkdən əl çəkmirdi.
Hazırda regionda baş verən proseslər baxımından xüsusi ehtiyacın duyulmadığı zəng yenidən ekspertləri öz himayəçisinə sədaqətdə inandırmasına Ermənistanın səmimiyyətini şübhə altına almağa məcbur etdi. Ermənistan bununla Tbilisiyə, Tbilisi vasitəsilə isə bütün Qərbə başa salmaq istəyirdi ki, guya o, “müstəqil” xarici siyasət aparır, hətta ABŞ və Avropa İttifaqı ilə yaxınlıq etməyə hazırdır.
Bir əldə iki qarpız tutmaq cəhdi göz qabağındadır. Bir tərəfdən biz Ukraynanın şərqindəki separatçı ünsürlərə “Arsax”dan humanitar yardımın” göndərilməsi kimi ucuz quruluşda şou və Suriyadan Ukraynaya bu ölkəyə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün gələn muzdlulara tranzit yükboşaltma məntəqəsi qismində Ermənistan ərazilərindən istifadəni görürük. Digər tərəfdən isə Qərblə dilxoşluqdur ki, təsadüf baş verdikdə yeni sahiblərə üz tutmaq üçün necə deyərlər, ümid qapısı olsun.
Təsadüflər isə müxtəlif cürdür.
“Müstəqil” oyunçu qismində özünü göstərmək ermənilərlə olduğu halda sadəcə məzəli görünür. Xatırladaq ki, ötən ilin dekabrında “Şərq tərəfdaşlığı” proqramının üzvü olan üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan Brüsselə NATO-nun mənzil-qərargahına dəvət olunmuşdular. O vaxt Azərbaycan və Gürcüstan rəhbərləri NATO-nun Baş katibi Yens Stoltenberqlə görüş keçirib, Şimali Atlantika Şurasında çıxış edib, blokun Əfqanıstanda sülhməramlı missiyalarda və logistika əməliyyatlarında fəal iştirakına görə ünvanlarına tərif eşidib və ekspertlərdən yüksək qiymətlər alıblar. Bəs Ermənistan? Bu ölkənin baş naziri öz sahiblərinin qorxusundan alyansın mənzil-qərargahına getməkdən çəkinərək dəvətnaməni qəbul etmədi, yalnız Avropa İttifaqının təsisatlarına baş çəkməklə kifayətləndi. Təkrar edək ki, bu, ötən ilin dekabrında, Moskvanın güclü olduğu və sanksiyalar məngənəsində olmadığı bir vaxtda baş verib. İndi isə Ermənistan özünü batan gəmidən qaçan siçovul kimi aparır. Olduqca ermənisayağı.
Beləcə erməni partiyaları Birinci Dünya müharibəsində özlərini aparıb, Birinci Respublika özünü belə aparıb və öz xalqını fəlakətlər silsiləsinədək aparıb çıxaran həmin fırıldaqçıların siyasi hüquqi varisləri və davamçıları özlərini bax, beləcə aparır.
Lakin əgər bu gün ölkədə fikirləşirlər ki, onların ikili oyunu və ən adi hiyləgərliyi hiss edilmir, o halda onlar səhvə yol verirlər. Erməni ikiüzlülüyünü, – həm Sorosla yaxşı münasibətdə olmaq və eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik çətirindən istifadə etmək, – həm Qərbdə, həm də Rusiyada çox yaxşı görürlər.
Bu qərarsızlığın sonu uzağı görə bilməyən ermənilər üçün həddən artıq acınacaqlı ola bilər. Necə ki, təxminən Birinci Dünya müharibəsi illərində və daha sonra arzuları puça çevrildiyi kimi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…