53 baxış
Bu yazını paylaşın
Uncategorized

Ermənistanın Ordubada raket atması ilə bağlı Türkiyə XİN-dən – Açıqlama

16 Oktyabr 2020

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket zərbəsini qınayan bəyanat yayıb. “telejurnal” xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumunu şiddətlə qınayırıq.

Ermənistanın işğal altındakı torpaqlarda uğradığı məğlubiyyətlər səbəbindən gündən-günə daha da aqressivləşdiyi görülür. Ortaq sərhədimiz olan Naxçıvan Muxtar Respublikasına yönəlmiş hücum münaqişəni Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən kənara çıxarmaq səyinin yeni və təhlükəli nümunəsidir. Ermənistan bu təhlükəli təxribatlarından əl çəkməlidir.

Humanitar atəşkəsi pozan Ermənistan mülki şəxslərə hücum edərək hərbi cinayət törədir, indi də münaqişəni başqa müstəviyə keçirməyə cəhd edir. Ermənistan bu aqressiv hərəkətlərinin nəticələrini yaxşı düşünməlidir.

Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla həmrəyliyimiz hər zaman tam olacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…