34 baxış
Bu yazını paylaşın
Dünya

Ermənistanın Müdafiə Nazirliyi: Orduya kömək adı ilə milyonlarla pul mənimsənilib

14 İyun 2023

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi sosial şəbəkələrdə fırıldaqçılar tərəfindən orduya kömək adı ilə külli miqdarda pulun mənimsənildiyini bildirib.

Bu barədə Telejurnal yerli mətbuata istinadən xəbər verir.

“2022-2023-cü illərdə istifadəçi Z.S. feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vətəndaşlardan 500 000 – 1 000 000 drama qədər vəsait toplayıb”, – nazirliyin açıqlamasında bildirilir.

Eyni zamanda digər feysbuk istifadəçisi E.S sosial şəbəkədəki səhifəsində bank hesablarının nömrələrini yerləşdirməklə həm Ermənistan vətəndaşlarından, həm də xaricdə yaşayanlardan 300 min ABŞ dollarına yaxın pul yığıb. O, bu vəsaiti guya ordu üçün lazımi əşyaları almaq və sonradan ianə üçün toplayıb.

Hər iki şəxs vəsaitin əhəmiyyətli hissəsini mənimsəyiblər.

Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 255-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…