35 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror

26 May 2023

Ekoloji terror təbiətə zərər yetirmək, təbii sərvətləri məhv etmək, bilərəkdən ziyan vurmaqdır.Terrorizm sözü ekoloji terror ifadəsini verir , lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz.
Dünyada baş vermiş və hal-hazırda baş verən silahlı münaqişələr, müharibələr ölkələrə öz mənfi təsirini göstərmiş və göstərməkdədir. Xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə nəticələnən müharibə ölkəmizə bilərəkdən ziyan vurulmasına gətirib çıxarmışdır.

Məlumdur ki, bəzi komponentlər çatışmayanda və təbii tarazlıq pozulur, florada məhsuldarlıq azalanda məhv olur. Fauna növləri yaşayış üçün daha əlverişli şəraiti olan yerlərə köç edirlər. Bütün bu illər ərzində ermənilər şüurlu surətdə təbiətimizi məhv etmiş, Azərbaycanın flora və faunasına çox böyük ziyan vurmuş, minlərlə hektar meşə massivini qırmış, yandırmış, çaylarımızı və göllərimizi qurutmuş, nadir bitki və ağac növlərinin kökünü kəsmiş, yeraltı və yerüstü sərvətləri talan etmişdir. Çayların, göllərin qəsdən çirkləndirilməsi nəticəsində qiymətli balıq növləri yox olmuş və balıq ehtiyatları tükənmişdir.
Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur.

İşğal nəticəsində təxminən 30 min insan həyatını itirmiş və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji çöküş hər keçən gün daha da dərinləşir.

Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, su anbarlarından cəbhəboyu yaşayan əhalinin istifadəsinə imkan verilməyib və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub. Bütün bunlar hamsı ekoloji terror adlandırılır.

Eyyubova Nərminə 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…