43 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Ermənistanda hərbi hissələrdə rüşvət, dələduzluq, oğurluq və sui-istifadə hallarının üstü açılıb

18 İyul 2023

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən rüşvət alma, dələduzluq, oğurluq və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının üstü açılıb.

Telejurnal  xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsindən bildirilib.

Məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində baxılan çoxsahəli cinayət işlərində Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı, habelə rüşvət alma halları aşkar edilib.

Müəyyən edilib ki, 2018-ci ildə Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin maliyyə xidmətinin rəisi hərbi hissə üçün nəzərdə tutulan qazın istehlakına görə ödənilməli olan məbləğləri oğurlamaq məqsədi ilə dələduzluq edərək hərbi hissəyə ayrılmış qazın istifadə olunmamış hissəsinin satılması, alınan vəsaitin bir hissəsinin geri qaytarılması barədə “Qazprom Ermənistan” şirkətinin nümayəndəsi ilə razılığa gəlib. Bununla da dövlətə 21 000 000 dram (92 000 manat) ziyan dəyib.

Bu hərbi hissənin maliyyə xidmətinin rəisi baş mühasibin həyat yoldaşını həmin hərbi hissədə klub rəhbəri vəzifəsinə təyin etməsi üçün ondan 1000 ABŞ dolları rüşvət tələb edərək alıb.

Hərbi hissələrdə baş vermiş bu kimi cinayət əməlləri ilə bağlı cinayət işlərinin istintaqı artıq başa çatıb. Bu işlər ittiham üçün Prokurorluğa təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…