57 baxış
Bu yazını paylaşın
Dünya

Ermənistanda ərzaq məhsulları kəskin bahalaşdı

04 Dekabr 2020

Ermənistanda ərzaq məhsulları kəskin bahalaşdı

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının qiymətləri artıb.

“Report” xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Agentliyin əməkdaşları ilə söhbətdə şəhər sakinləri bildiriblər ki, qiymətlərin artması açıq-aydın nəzərə çarpır.

“Bunları görməmək üçün kor olmaq lazımdır. Yoqurt, yağ 10-15 dram bahalaşdı, bəs nə edək, yaşamaq lazımdır. Üç gün keçdi, qiymətlər daha da artdı”, – şəhər sakinlərindən biri deyib.

“Zəruri tələbat malları: un, lavaş və yağın qiyməti. Çəki azaldı, qiymət əvvəlki kimi qaldı, bu, gizli artımdır. Lavaşın bir kiloqramının qiyməti 29 dram artdı”, – başqa sakin deyib.

Agentlik bildirib ki, Ermənistan şəhərlərinin sakinləri artıq qiymət artımının ailə büdcəsinə təsirini hiss edirlər.

“Əlbəttə, biz qiymət atımının ailə büdcəsinə təsirini hiss edirik, mən təqaüdçüyəm, eyni təqaüd, qiymətlər isə artdı”, – təqaüdçülərdən biri gileylənib.

Qeyd edək ki, bir neçə gün əvvəl bəzi yerli ekspertlər ölkədə qiymət artımının olacağını proqnozlaşdırırdılar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…