55 baxış
Bu yazını paylaşın
Dünya

Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı

10 Oktyabr 2020

Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.

“telejurnal” xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat verib. Hərbi mütəxəssislər fotoşəkillər və video materiallara istinad edərək bildirib ki, yük maşınında hərbi avtomatik idarəetmə sistemi quraşdırılmış avtomobil daşınıb. Qeyd olunub ki, bu qurğu komanda məntəqələrində quraşdırıla və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

Onu da qeyd edək ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti “Spayka”ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobilin mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.

Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir. Ayrıca, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…