69 baxış
Bu yazını paylaşın
Uncategorized

Ermənistan XİN rus jurnalistin akkreditasiyasını bu yazıya görə ləğv etdi

08 Oktyabr 2020

Ermənistan Xarici İşlər Nazirliyi “Novaya qazeta”nın Dağlıq Qarabağa ezam olunmuş müxbiri İlya Azarın akkreditasiyasını ləğv edib.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist öz feysbuk səhifəsində məlumat verib. Ona akkreditasiyasının hansı səbəbdən ləğv olunduğu deyilməsə də, buna ötən gün Şuşa və Laçınla bağlı hazırladığı reportajın səbəb olduğu ehtimal edilir. Belə ki, qəzetin yayımladığı məqalə Ermənistan rəhbərliyinin xoşuna gəlməyib.

“Baxmayaraq ki, Ermənistan XİN digər jurnalistlər kimi mənə də Qarabağda işləmək üçün xüsusi akkreditasiya verib, rəsmi olaraq, mənim Qarabağa akkreditasiyasız daxil olmağım əsas gətirilir. İddia edilir ki, guya artıq Dağlıq Qarabağa girişlə bağlı akkreditasiya proseduru dəyişdirilib (mən Qarabağda olanda sərhədçilər sorğu-sualsız buraxırdılar) və mənə bununla bağlı mail göndərilib.

Ayrılıqda məni əmin etdilər ki, Ermənistanda tam söz azadlığı var (bu, indi mübahisəlidir)”, – deyə jurnalist yazıb.

Qeyd edək ki, İlya Azar Ermənistanda əsgərlərin silah və geyim formaları çatışmazlığı yaşaması və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu yazıb. O, Fransadan qanunsuz yolla Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn, daha sonra isə Gümrü şəhərinə qayıdan Artur Oqanisyanın da qəzetə açıqlamasını dərc edib. Jurnalist müsahibəsində Ermənistan hakimiyyətinin xalqı aldatmasını, 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərməsini deyib: “Deyirlər ki, bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yeməkdaşıyan maşın gəlir, yolun ortasına hər şeyi boşaldır. Əgər yemək istəyirsənsə, “Qrad” atəşi altında 4 kilometr piyada getməlisən. Səkkiz dostumuzla birlikdə dörd gecə gəzdik və dörd xətt boyunca özümüzə yemək daşıdıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…