17 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistan TŞ-nın katibi: “Rəsmi İrəvan və Bakı sülh müqaviləsinin yalnız bir bəndində razılığa gəlib”

09 Dekabr 2022

“Rəsmi İrəvan ilə Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi – diplomatik münasibətlərin Vyana Konvensiyasına uyğun olaraq qurulması barədə razılıq əldə olunub”.

TELEJURNAL Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.

O bildirib ki, sülh müqaviləsinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur: “Söhbət sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir”.

Xatırladaq ki, dünən Qriqoryan Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 mətninin olduğunu, onlardan birini Rusiyanın, digərini Azərbaycanın təklif etdiyini açıqlamışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…