23 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistan TŞ-nın katibi: “Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıyıq”

12 İyul 2023

“Biz Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıyıq”.

Telejurnal  xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın müstəqilliyi və suverenliyi üçün regional sabitlik və sülh şərtdir: “Beləliklə, ölkəmizdəki demokratiya da qorunacaq”.

A.Qriqoryan Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarındakı rolunu yüksək qiymətləndirib: “Bütün danışıqlar formatı bir-birini tamamlayır. ABŞ-ın regionda olması sabitliyin təmin olunmasına töhfə verir və İrəvan Vaşinqtonun danışıqların irəliləyişində səylərini yüksək qiymətləndirir”.

TŞ katibinin sözlərinə görə, hələ də həllini tapmamış bəzi problemlər var: “Amma biz sülh səylərində səmimiyik”.

O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təsdiqləyib: “İstədiyimiz yeganə məsələ ermənilərin təhlükəsizliyi və hüquqları məsələsidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…