50 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistan silahlı qüvvələri mülki infrastrukturu qəsdən hədəfə alır – VİDEO

05 Oktyabr 2020

“Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə mülki şəxsləri və mülki infrastrukturu qəsdən hədəfə alır”.

“telejurnal” “OXU.az”a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, ermənilərin açdığı atəş nəticəsində bu günə qədər 24 Azərbaycan vətəndaşı qətlə yetirilib:

“121 nəfər yaralanıb. Bundan əlavə, Ermənistan tərəfi 300-dən çox evə və digər mülki obyektlərə zərər dəyib”.

L.Abdullayeva qeyd edib ki, Ermənistan XİN və digər rəsmiləri guya Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılmadığını iddia edirlər:

“Amma Azərbaycan tərəfində olan dəqiq faktlar göstərir ki, Azərbaycan ərazisini Ermənistanın Gorus, Sisyan, Berd, Cermuk və Vardenis şəhərlərindən atəşə tutur. Xarici və yerli ekspertlərin iştirakı ilə bu faktlar toplanıb və beynəlxalq qurumlara göndərilib”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…