52 baxış
Bu yazını paylaşın
Siyasi

“Ermənistan öz ərazisindən Azərbaycanı ikinci dəfə vurdu”

01 Oktyabr 2020

“Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir”.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib:

“Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır.

Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalmışdır. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib.

Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…