33 baxış
Bu yazını paylaşın
Dünya

Ermənistan ordusunun generalı həbs edilib

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində bu ölkənin Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Harutyunyan həbs edilib.

istintaq tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri Harutyunyanın alınması nəzərdə tutulan silahların taktiki-texniki göstəricilərinə uyğun gəlməməsi faktını tamah məqsədilə və dələduzluq yolu ilə gizlətdiyini müəyyən edib.

Bildirilib ki, bununla da o, dövlətə 524 milyon dram (təxminən 1 milyon ABŞ dolları) məbləğində ziyan vurub.

O da məlum olub ki, bu partiyadan olan və 44 günlük müharibə zamanı istifadə edilən silahlarla “döyüş tapşırıqlarını icra etmək mümkün olmayıb”.

Eyni zamanda, tədarükçü şirkətin direktoru və sahibinə qarşı ittihamlar irəli sürülüb.

Məlumatda, həmçinin korrupsiya prosesində iştirak edən digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində işlərin davam etdiyi bildirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…