65 baxış
Bu yazını paylaşın
Siyasi

“Ermənistan işğal etdiyi əraziləri qaytarmalıdır” – Xameneinin müşaviri

06 Oktyabr 2020

“Azərbaycanın bir milyondan çox qaçqın və köçkünü evlərinə qayıtmalıdır”.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “YJC” agentliyinə müsahibəsində deyib.

“Dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət edirik. İran BMT-yə üzv bir dövlət olaraq bu mövzuda prinsipial mövqeyinə sadiqdir. Xüsusilə ziddiyyətli ölkələr şimal qonşularımızdırsa…”-deyə, Vilayəti qeyd edib.

Xameneinin müşaviri bir ölkənin ərazisini digər bir ölkənin işğal etməsinin yolverilməz olduğunu vurğulayıb.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik yeddi bölgəsi işğal edilmişdir. BMT bu mövzuda dörd qətnamə qəbul etmişdir. Hamısı Ermənistandan işğal olunmuş torpaqları tərk edib beynəlxalq sərhədlərə qayıtmağı tələb edir”,-deyə Vilayəti bildirib.

Vilayəti eyni zamanda bütün BMT üzv dövlətlərinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinə əməl etməli olduğunu qeyd edib: “Tehran Ermənistanın işğal olunmuş ərazilərinin Azərbaycan Respublikasına qaytarmasının tərəfdarıdır. Bir milyondan çox azərbaycanlı torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Bu insanlar evlərinə qayıtmalıdırlar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…