47 baxış
Bu yazını paylaşın
Siyasi

“Ermənistan irqçi dövlətdir” – İlham Əliyev

07 Oktyabr 2020

“Azərbaycanda bir çox millətlər bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini dözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməni yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa çatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizimlə bərabər yaşayacaqlar”.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində aparıcının sualına cavabında söyləyib.

Amma Ermənistanda heç bir başqa millətin yaşamadığını vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan dünya miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlk növbədə azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…