53 baxış
Bu yazını paylaşın
Dünya

Ermənistan Hindistana Azərbaycandan yan keçməklə Rusiyaya dəhliz təklif edir

13 Mart 2023

 

“Ermənistan Rusiya və Avropaya mal axınını sürətləndirmək üçün Hindistana Qara dəniz üzərindən ticarət dəhlizi verməyi təklif edib”.

TELEJURNAL  xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb. Bildirilir ki, bu təklif Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri zamanı irəli sürülüb.

Nəşrin məlumatına görə, yeni ticarət marşrutu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel keçəcək. O, Azərbaycandan yan keçməklə Mumbayı İran və Ermənistan vasitəsilə Avropaya birləşdirəcək.

ET mənbələri qeyd ediblər ki, Hindistanla əlaqələri “son illərdə canlanan” Ermənistan uzun müddətdir ki, ticarət dəhlizi üçün investisiya axtarışındadır.

Qəzetin yazdığına görə, yeni dəhliz Rusiya ilə Qərbin qarşıdurmasının qarşısını almaq üçün Süveyş kanalından yan keçən əlavə marşrut yaradacaq.

“Yeni Soyuq Müharibə Rusiya ilə Qərb arasında iqtisadi və siyasi əlaqələri pozduğundan, Rusiya və Avropa sərhədindən keçən istənilən irimiqyaslı yük tranziti beynəlxalq logistika və sığorta şirkətləri üçün çox riskli görünür”,– deyə politoloq Beniamin Poqosyan ET-yə bildirib.

Onun sözlərinə görə, Hindistanın əlavə ticarət yollarına ehtiyacı da aktual olaraq qalır. O xatırladıb ki, hələ 2016-cı ildə İran İranı Cənubi Qafqaz vasitəsilə Avropa və Rusiya ilə birləşdirməli olan Fars körfəzi-Qara dəniz yeni beynəlxalq nəqliyyat dəhlizi layihəsini irəli sürüb. Danışıqlar COVID-19 pandemiyası zamanı dayandırılıb, lakin layihənin bütün potensial iştirakçıları, o cümlədən İran, Ermənistan, Gürcüstan və Azərbaycan iştirakda maraqlı olduqlarını bildiriblər.

“Fars körfəzi-Qara dəniz dəhlizi Hindistanın planlarına uyğundur, çünki o, Avropaya çatmaq üçün əlavə marşrutlar axtarır”, – deyə məqalə müəllifləri qeyd edirlər.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BTC) sərnişin və yüklərin daşınması üçün multimodal marşrut layihəsidir, Sankt-Peterburqdan Mumbay limanına qədər ümumi uzunluğu 7,2 min km-dir. Layihə başa çatdıqdan sonra marşrut Hindistan, İran və Fars körfəzinin digər ölkələrindən Rusiya ərazisinə (Xəzər dənizi vasitəsilə) və daha sonra Şimali və Qərbi Avropaya yüklərin tranzitini həyata keçirəcək. Dəhlizin təxmini gücü ildə 30 milyon ton yük təşkil edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…