130 baxış
Bu yazını paylaşın
Müsahibə

Ermənistan dövləti özündə siyasi iradə taparaq edilən təyziqlərə tab gətirsə, sülh müqaviləsi vaxtından tez imzalana bilər-Amid Əliyev

17 İyul 2023

İyulun 15 də Brüsseldə keçirilən üç tərəfli görüşdə Prezident İlham Əliyev Antoni Blinkeni Laçın sərhəd-buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.

Görüşdə müzakirə olunan məsələləri politoloq Amid Əliyev “Telejurnal”a şərh edib.

Bildiyimiz kimi, bu ayın 21-də Brüsseldə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulmuşdur və 2 gün bundan öncə ABŞ dövlət departamentinin rəhbəri ilə Paşinyan arasında telefon danışığı baş tutdu.

Danışıq zamanı ABŞ-ın dövlət departamentinin rəhbəri Paşinyana tutduğu yoldan geri çəkilməməyi, qətiyyət nümayiş etdirməyi, ən əsası sülh sazişinin imzalanması istiqamətində lazımi addımların atılmalı olduğunu bildirmişdir. ABŞ çox gözəl anlayır ki, Ermənistan bu məsələdə çox tezliklə geri addım ata bilər, çünki Rusiya tərəfindən təzyiq var. Zəngin də əsas səbəbi o idi ki, növbəti Brüssel görüşləri zamanı tərəddüdlü addımlar atmaq yerinə, Ermənistan siyasi hakimiyyəti real addımlar ataraq sülh sazişinin imzalanması prosesini tezləşdirməlidir. Bu gün ABŞ-ın dövlət departamentinin rəhbəri cənab İlham Əliyev ilə telefon danışığında sülh sazişini imzalanması və bölgədə sülhün, təhlükəsizliyin təmin olunması, bu danışıqların davam etdirilməsi haqqında fikir mübadiləsi aparıb. Burada da Azərbaycanın rəyi, və prinsipial mövqeyi artıq məlumdur.

ABŞ və  ABŞ-ın dövlət departamentinin rəhbərindən bildirilib ki, artıq sülh sazişinin imzalanması üçün hər iki tərəfdən müsbət fikirlər səsləndirilir. İki gün öncə Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri tərəfindən fikir səsləndirildi ki, artıq müqavilənin böyük bir hissəsi hər iki tərəfdən razılaşdırılıb, eyni zamanda müəyyən məsələlər var ki, onların razılaşdırılması və qətiyyətli addımların atılması da vacibdir. Məsələn, sərhədlərin delimitasiya və demarkasiya olunması, Zəngəzur dəhlizinə kimin rəhbərlik edəcəyi kimi mübahisəli məsələlər var. Bu məsələlərdə Rusiya olduqca maraqlıdır. Qarabağda yaşayan ermənilərin hüquqi məsələləri olduqca vacib məqamlardan biridir.

Cənab İlham Əliyev bəyanatında dövlət departamentinə Laçın yolunda baş vermiş və Ermənistan tərəfindən davam edən təxribatları çatdırmışdır. Burada əsas mesaj ondan ibarətdir ki, Ermənistan tərəfindən törədilən təxribatlar hər iki ölkə arasında sülhün nail olunmasına yox, sülh sazişinin imzalanmamasına və bu məsələdə maraqlı olan kənar dövlətlərin xeyirinə ola bilər və sülh prosesi dayana bilər. Dövlət departamentinin də səyi ondan ibarətdir ki, sülhün imzalanması üçün yetərli və israrlı addım atılsın. Azərbaycan dövlətinin bu istiqamətdə real mövqeyi məlumdur. Laçın yolunda quraşdırılmış nəzarət-buraxılış məntəqəsi ətrafında yaranan ajentaj ilə bağlı Ermənistan tərəfi və Ermənistandakı revanşist qüvvələr eləcə də, Ermənistana dəstək verən İran, Rusiya, Fransanın müvafiq siyasi dairələrinin fikirləri reallığı əks etdirmir. Gündəlik olaraq Laçın nəzarət-buraxılış məntəqəsindən mülki şəxslərin maneəsiz keçməsi təmin olunur.

Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən görüş 21 iyulda yox, daha tez baş verə bilər. Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ tezliklə bu məsələdə müsbət nəticənin əldə olunmasına hədəflənib. Yəni hər an sülh prosesinin pozulmasını çalışan qüvvələr sülh sazişinin imzalanmasına mane ola bilərlər. Artıq Paşinyana qarşı təzyiqlər edilir, İravanın mərkəzində Paşinyan siyasi hakimiyyətinə qarşı çıxışlar edilir. Bu da ABŞ-ı olduqca narahat edən məqamlardan biridir ki, sülh sazişinin 80% razılaşdırıldığı halda, yenidən belə maneələr ortaya çıxa və sülh sazişi imzalanmaya bilər. Bunun üçün də ABŞ hər iki dövlət arasında müntəzəm danışıqlar aparılması, 3 tərəfli görüşlərin keçirilməsi,ən əsası sülh sazişinin imzalanmasın da israrlıdır. İndi əsas seçim Ermənistan siyasi hakimiyyətinin sözdə etdiyi bəyanatları kağız üzərində imzalayaraq masaya qoymasından asılıdır. Ermənistan dövləti özündə siyasi iradə taparaq edilən təyziqlərə tab gətirsə, sülh müqaviləsi vaxtından tez imzalana bilər. Təzyiqlərə tab gətirə bilməsə, real təhlükə var ki, Ermənistanda siyasi hakimiyyətinin devrilməsi, yeni terrorların, siyasi qiyamların başlanılması nəticəsində bu sülh sazişi imzalanmaya bilər. ABŞ-ın əsas məqsədi ondan ibarətdir ki, bu prosesdəki kənar qüvvələri neytrallaşdırsın və hər iki dövlət arasında üçüncü şəxs iştirak etmədən sülh müqaviləsi imzalansın.

Eyni zamanda bir neçə gün əvvəl, Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar maşın karvanında Azərbaycan sərhədçiləri tərəfindən Laçın nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq yolu ilə Qarabağda yaşayan ermənilərə siqaret, yanacaq və digər yüklərin aparılması haqqında məlumatlar aşkarlandı və kütləvi informasiya vasitələri ilə yayımlandı. Bu bir daha onu göstərir ki, humanitar yönümlü təşkilatlar öz humanitar məqsədlərini həyata keçirmək əvəzinə, bu məsələnin alovlandırılması istəyən Rusiya, İran, Fransa kimi dövlətlərin siyasi dairələri tərəfindən maliyyələşdirilir və təhrik edilir ki, ərazilərdəki separatçılara dəstək göstərilsin və həmin separatçılar da sonda Azərbaycan mərkəzi hakimiyyətinə qarşı təzyiq kimi istifadə olunsun. Azərbaycan və Ermənistan icmaları arasında renteqrasiya prosesi yarımçıq qalsın. Bu da hər iki dövlət arasında sülh sazişinin əldə olunması və dövlətlər arası münasibətlərin formalaşmasına mənfi təsir edən amillərdəndir. Azərbaycan dövlət başçısı tərəfindən bu məsələnin ABŞ-ın dövlət departamentinin rəhbərinə çatdırması olduqca mühüm məqamdır. Bu cür hadisələrin aşkarlanıb kütləvi informasiya vasitələri vasitəsilə yayılması onu göstərir ki, Azərbaycan bölgədə baş verən bütün siyasi, iqtisadi, hərbi məsələlərdən xəbərdardır və lazım olan zaman faktları aşkarlaya bilər.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…