52 baxış
Bu yazını paylaşın
Siyasi

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bütün körpüləri yandırmış olacaq” – Polad Bülbüloğlu

30 Sentyabr 2020

Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu, bütün körpülərin yandırılması deməkdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu barədə RBK-ya müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, buna reaksiya ən mənfi şəkildə olar.

Diplomat bildirib ki, danışıqlar prosesini məhv etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan buna qədər də Qarabağla bağlı sərt açıqlamaları ilə körpüləri yandırıb:

“Bu faciənin günahkarı Paşinyandır. Mənim fikrimcə, kiçik bir torpaq üzərində Rusiyanı Türkiyəyə qarşı qoymaq cəhdi edilir. Paşinyanın komandası Qərbə istiqamətlənib və müəyyən əmri yerinə yetirir”.

Azərbaycan səfiri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəsinin bu münaqişədə Azərbaycana kömək etməyə hazır olması ilə bağlı açıqlamasını şərh edərkən bunları deyib:

“Türkiyə rəhbərliyində Rusiyanın nə olduğunu və KTMT-nin nə olduğunu başa düşən kifayət qədər praqmatik insanlar var. KTMT niyə münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə edərsə, müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”, – deyə səfir bildirib.

Bakının hədəfləri barədə danışan P.Bülbüloğlu, Azərbaycanın erməniləri Qarabağdan qovmaq hədəfi olmadığını dedi.

“Hamının bir yerdə yaşaması üçün azərbaycanlıları oraya qaytarmaq hədəfi var”, – deyə o, bildirib.

Diplomatın sözlərinə görə, erməni bölmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması, ticarətin bərpası və bütün bunlardan sonra Dağlıq Qarabağın statusunun müzakirəsi münaqişənin həlli ola bilər.

Bülbüloğlu Türkiyə hərbçilərinin münaqişədə iştirakı ilə bağlı İrəvanın açıqlamalarını da təkzib edib.

“Təlimlərdə iştirak edən F-16-lar artıq gediblər, heç bir muzdlu yoxdur. Suriyadan da silahlılar yoxdur, axı onlar dərhal bilinərdi”, – deyə o, sözlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…