94 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənistan bu təxribatlar nəticəsində Azərbaycan ilə sülh sazişinin imzalanmasında elə də maraqlı olmadığını bir daha göstərib.

13 May 2023

“Paşinyan siyasi hakimiyyəti belə təxribatlara yol verməklə əslində özlərinin 29 min km²-lik
ərazisini şübhə altına almış olur” bu sözləri politoloq Amid Əliyev Telejurnal-a müsahibəsində deyib.
O bildirib ki,son günlərdə baş verən təxribatın bütün məsuliyyəti Ermənistan siyasi hakimiyyətinin və hərbi
dairələrinin üzərinə düşür.Təxribatın əsas səbəbi isə ondan ibarətdir ki,bildiyimiz kimi Qərb ölkələri və Rusiya arasında Ermənistan-Azərbaycan münasibətlərində əsas moderator vasitəsi olmaq uğrunda diplomatik savaş
artıq aktivləşib.Hər iki tərəf ambisiyalarını Ermənistan üzərindən proyeksiya etməklə bölgədəki siyasi nüfuzlarını qoruyub saxlamağa çalışırlar.Məhz Paşinyanın Moskva səfərindən sonra sərhəddə belə təxribat hadisələri baş verdi.Bu onu göstərir ki,tapşırıqlar Kreml tərəfindən verilmişdi.Bu bir daha sübut edir ki,rəsmi Moskva və Ermənistan Qərbin vasitəçiliyi ilə hazırlanmış və imzalanması ehtimal olan sülh sazişinin imzalanmasının qəti əleyhinədir.Növbəti addımlarda Moskva əlindən gələni edəcək ki,məhz onun tərəfindən hazırlanan sülh sazişi hər iki ölkə tərəfindən imzalansın və daha çox Moskvanın leyhinə olsun.
A.Əliyev əlavə edib ki,qarşıda Brüssel,Kişinyov eləcə də Moskva görüşləri var.Bu görüşlərdə Moskvanın bir sıra məqsədləri var.Moskva Qərb tərəfindən keçirilən görüşlərin əhəmiyyətini aşağı salmaq,Brüssel görüşünü təxirə salmaq,Kişinyov görüşündə isə tərəflərin heç bir razılıq əldə etməsini istəmir.Təxribatların məhz dövlət sərhədində baş vermə səbəbi ondan ibarətdir ki,KTMT-nin müvafiq qoşunları Ermənistan-Azərbaycan
sərhədində yerləşdirilisin.Eyni zamanda Avropa İttifaqına bir mesajdır ki,onların bölgədəki missiyası artıq bitsin.
Politoloq bildirib ki,ümumilikdə əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını
gecikdirmək,vaxt qazanmaq və bununla da Moskvanın xeyrinə siyasi prosesi uzatmaqdır.Rəsmi Moskva çox
gözəl anlayır ki,sülh sazişi dərhal imzalandıqdan sonra sülhməramlı qüvvələrin bölgədən çıxarılması prosesi
başlayacaq.Bu da Rusiyanın bölgədəki siyasi nüfuzunun və mövcudluğunun sarsılmasi ilə nəticələnəcək.Ermənistan hərbi dairələri belə təxribatlara yol verməklə əslində özlərinin 29 min km²-lik ərazisini şübhə altına almış olur.Azərbaycan son addımda məcbur olacaq ki,öz tarixi ərazilərimizdən ibarət bufer zonası yaradılsın.
Son olaraq A.Əliyev əlavə edib ki,Ermənistanı bu gün narahat edən əsas səbəblərdən biri də Azərbaycanın
Ermənistanın 29 min km² ərazisini tanımamasıdır.Vaşinqton görüşləri zamanı Azərbaycan Ermənistanla
sərhədlərin delimitasiya və demarkasiya olunması ilə bağlı paket həllini təqdim edib.Paşinyan dəfələrlə bildirib
ki,biz Azərbaycan tərəfindən Ermənistanın 29 min km² ərazisini tanınmasını istəyirik.Burada səbəb ondan ibarətdir ki,Ermənistan da çox gözəl bilir ki,sərhədlərin delimitasiya və demarkasiyası həyata keçdikdən sonra
Ermənistanın 29 min km² ərazisi artıq bu rəqəmlərlə bir daha göstərilməyəcək

 

Səidə Ramazanova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…