64 baxış
Bu yazını paylaşın
Siyasi

Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başlayıb

03 Oktyabr 2020

Azərbaycan ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə – İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.

Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə (FHN DYMX) Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.

Bundan başqa, mənfur düşmənin artilleriya atəşi altında saxlaması səbəbindən Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan iki nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…