49 baxış
Bu yazını paylaşın
Dünya

“Ermənilər Qarabağdan qayıtdıqdan sonra Gürcüstana qarşı çıxış edəcəklər”

02 Noyabr 2020

Tanınmış gürcü jurnalist İranda Kalandadze Gürcüstan ərazisindən Qarabağa müharibəyə gedən erməni muzdlularla bağlı məqalə hazırlayıb.

“Qafqazinfo” həmin məqaləni təqdim edir:

“Bu ilin 28-29 sentyabr tarixlərində Ermənistan vətəndaşları azərbaycanlılara qarşı döyüşmək üçün fəal şəkildə Gürcüstan-Ermənistan sərhədini keçərək Qarabağa yollandılar. İnternetdə və KİV-də yayılan videogörüntülərdə ermənilər gürcü sərhədçilərə birbaşa şəkildə deyirdilər: biz ora turist kimi yox, Azərbaycana qarşı müharibə üçün və Qarabağdakı qardaşlarımıza köməyə gedirik.

Məlum olduğu kimi, erməni döyüşçülər Ninotsminda və Axalkalakidə gizli şəkildə deyil, açıq-aşkar – Ninotsmindada Vladimir və Qayoza Qarliani adına stadionda və Axalakalinin mərkəzində – qeydiyyatdan keçirdilər. Bu “xoş” xəbəri erməni KİV-i böyük sevinclə paylaşdı. Məlum oldu ki, onlar Qarabağın özündən daha çox erməninin yaşadığı Samtse-Cavaxetiyadan və Cavaxetiyadan erməni silahlılarının Qarabağa getməsinə böyük ümid bəsləyirlər”.

Bu məqaləni yazmaqda məqsədinin etnik qarşıdurma olmadığını bildirən jurnalist Qarabağda döyüşmək üçün gedən ermənilərin qayıtdıqdan sonra Gürcüstan üçün böyük təhlükə ola biləcəyinə diqqət çəkib:

“Məsələ ondadır ki, bu gün erməni millətçiləri Samtse-Cavaxetiyaya ”əsl erməni torpağı” kimi baxır və onu ”Cavax” adlandırırlar. Erməni silahlıları artıq Qarabağ müharibəsində iştirak etmək üçün Gürcüstanı tərk ediblər. Gürcüstanı tərk edən ermənilər evlərinə qayıtdıqdan sonra müharibənin nəticəsinə baxmayaraq, Gürcüstana qarşı çıxış edəcəklər, ancaq bu dəfə daha pis ssenarilərlə.

Bu yaxınlarda sosial şəbəkələrdə Karen Ovanesyanın erməni separatçılarını Samtsxe-Cavaxetiyada qiyama qaldırmaq üçün hazırladığı planı və müraciəti ortaya çıxmışdı. Plan strateji əhəmiyyətli tranzit yolların erməni ekstremistlərinin nəzarəti altına verilməsini nəzərdə tuturdu”.

Kalandadze daha sonra erməni separatçılarından olan Vaaqan Çaxalyanın sosial şəbəkədə Gürcüstandakı erməniləri Qarabağda müharibəyə səsləməsindən yazıb. O, politoloq Soso Mancavidzenin bu çağırışa cavabını dərc edib:

“Gürcüstan hökuməti hərbi yüklərin daşınması üüçün dəhlizi bağlamaqla tamamilə düz hərəkət etdi. Gürcüstandan Qarabağa müharibəyə gedənlərə heç kəs mane olmur, amma avtomatik olaraq gürcü vətəndaşlığından imtina etsinlər, əks halda onlar cinayət məsuliyyətindən yayına bilməyəcəklər.
Erməni separatçılarına məsləhət görürəm ki, yalançı erməni tarixçilərinin uydurmalarına inanmaqdan vaz keçsinlər. İndi ermənilər qonşularla münasibətlərini yaxşılaşdırmağa çalışmalı və axmaq blogerlərin təsirinə düşməməlidirlər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…