78 baxış
Bu yazını paylaşın
Uncategorized

Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vurub – Rəsmi

12 Oktyabr 2020

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən törədilən raket hücumu “Elbrus” ballistik raketi (SCUD) ilə həyata keçirilib.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov açıqlama verib.

“Bu gün Gəncənin mərkəzində sıx yaşayış məntəqəsinə atılan bir raketin son parçalarını topladıq. Əvvəlcə bunun “Toçka U” raketi olduğunu zənn etsək də, yeni parçaların təhlili bunun “Elbrus” ballistik raketi olduğunu dəqiqliklə söyləməyə imkan verir”,- deyə o, bu gün Gəncədə xarici diplomatlarla keçirilən brifinqdə qeyd edib.

Onun sözlərinə görə, raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən “8K14” yazısı aşkarlanıb. Əhmədov bildirib ki, raketin uçuş məsafəsi 300 kilometrdir.

Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, NATO tərəfindən “SCUD” adı ilə tanınan ballistik raket ilə bu qədər böyüklükdə bir şəhəri hədəf almağın vandalizm və müharibə cinayəti olduğunu bildirib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…