42 baxış
Bu yazını paylaşın
İctimai

Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar

11 Noyabr 2020
Azıh Mağarası

Ermənistan Respublikası təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Ermənistan Respublikası beynəlxalq hüquqa, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, 1992-ci ildən zəbt etdiyi Azərbaycan Respublikasının ərazilərində arxeoloji qazıntı işləri aparıb.

Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar bu qəbildəndir. Qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.

1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın İkinci Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alması kimi öhdəlikləri təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…