429 baxış
Bu yazını paylaşın
İctimai

“Ermənilər 30 il ərzində “əkdiklərini biçirlər”” – Emin Əliyev

30 Sentyabr 2020

“Bir az öncə Azərbaycan və Ermənistan Respublikalarının prezidentlərinin Rossiya 1 telekanalına müsahibələrinə diqqətlə baxdıq. Təxminən 25 dəqiqəlik videomüsahibədə ölkə başçılarının çıxışları kifayət qədər mesajların ötürülməsi ilə yadda qaldı”. Bu fikirləri ictimai fəal və QHT sədri Emin Əliyev öz Facebook səhifəsində bildirmişdir.

“Ümumi olaraq qeyd edim ki, Azərbaycan Prezidenti əvvəldən axıra qədər qətiyyətli, dinamik, təmkinli, soyuqqanlı və hücum xarakterli çıxış etdi.

Son hərbi əməliyyatların baş verməsi istiqamətində hadisələrin inkişaf xronologiyasını dəqiq və ardıcıl olaraq təqdim etdi. Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” tezisinin və qondarma “Dağlıq Qarabağ” əhalisinin sülh danışıqları prosesinə qoşulmasının beynəlxalq hüquq normalarına və sülh danışıqlarının qəbul edilmiş prinsiplərinə zidd olduğunu bildirərək Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dedi.

Ermənistan baş nazirinin çıxışı isə xaotik fikirlər və daha çox ənənəvi “erməni xəstəliyi” simptomları ilə müşayiət olundu. Paşinyan bir daha “erməni soyqırımı nağılları”ndan danışdı və Türkiyə Cümhuriyyətinin bu bölgədə hərbi varlığının olacağı təqdirdə ermənilərin dünya üzərindən silinəcəklərinin təlaşı içərisində olduğunu bildirdi.
Onu da qeyd edim ki, Azərbaycan Prezidenti birmənalı olaraq bildirdi ki, hal-hazırda Türkiyə Cümhuriyyəti münaqişədə Azərbaycana mənəvi dəstək vermək və müttəfiqlik münasibəti göstərməkdən başqa heç bir addım atmamışdır.
Sonda isə Paşinyan az qalsın yalvarışla hərbi əməliyyatların dayandırılması ilə bağlı fikir səsləndirərək çıxışını bitirdi.
Bu proseslər ölkəmizin bütün qurumlarının düşməni dəqiq müşahidə və təhlil etdiklərini, düşmən tərəfinin təxribatları barədə öncədən məlumatlı olaraq hərtərəfli hazırlıqlar gördüklərini nümayiş etdirdi.
Hal-hazırda Azərbaycan ordusunun əks-hücum əməliyyatları və düşmənin müdafiə-istehkam qurğularının sıradan çıxarılması istiqamətində tədbirləri fasiləsiz davam etməkdədir. İlk gün 10 saat ərzində əks-hücum nəticəsində 7 kənd və Murovdağ silsiləsində strateji yüksəkliklər düşməndən təmizləndi.
Azərbaycan xalqı, Türkiyə xalqı və bizim qardaş-dost xalqlar Azərbaycan ordusundan zəfər gözləyir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda gedən Vətən müharibəsi dünyada zülmə və işğala məruz qalan xalqlar üçün də bir stimul və motivasiya xarakteri daşıyır.
Dövlətimiz, millətimiz və ordumuzun vəhdəti qürurvericidir. Biz bu hərbi əməliyyatlara məcburi olaraq qoşulmuşuq. Xalqımız və dövlətimiz daim sülhpərvərlik xarakteri nümayiş etdirmişdir. Lakin bu o demək deyildir ki, Ermənistanın özbaşınalığı, özünü adekvat aparmaması onun cəzasız qalmasına və onun bu davranışlarını Azərbaycan tərəfinin cavabsız qoyması ilə nəticələnəcəkdir. Hal-hazırki əməliyyatlar göstərir ki, ermənilər 30 il “əkdiklərini biçirlər.”
Azərbaycan Prezidentinin Rossiya 1 telekanalının müxbirinin Azərbaycan tərəfində Suriyadan olan silahlı dəstələrin vuruşması ilə bağlı sualına cavabı isə xüsusilə sarsıdıcı zərbə xarakterli oldu. O 10 milyonluq Azərbaycan əhalisinin qarşısında 2 milyonluq erməni xalqının ciddi müqavimət göstərə bilməyəcəyini bildirdi.
Biz böyük xalqıq və qələbəmiz qaçılmazdır!
Qarabağ Azərbaycandır!”

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…