211 baxış
Bu yazını paylaşın
Siyasi

“Erməni vandallarının daşı-daş üstə qoymadığı yerlərə həyat qaytarılır” – RƏY

21 Mart 2022

“Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan ərazi bütövlüyünü müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq azad edilən ərazilərdə bayram tonqalları yandırılır. Ötən il Şuşada keçirildi, bu il isə Suqovuşanda. İlham Əliyevin Suqovuşanda Novruz bayramını qeyd etməsi, tonqal yandırması bu torpaqların bir daha əbədi-əzəli tarixi Azərbaycana məxsus olmasını göstərir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, İlham Əliyev bununla həm də ata vəsiyyətini gerçəkləşdirib: “Eyni zamanda xalqımızı arzularına çatdırdı. Həmçinin səfərlər zamanı yeni layihələrin təməlini qoyması və gedən işlərlə tanış olması Azərbaycanın gücünün-qüdrətinin göstəricisidir ki, işğaldan azad olunan ərazilərdə ölkəmiz öz gücü ilə bu əraziləri bərpa edir. Erməni vandallarının daşı-daş üstə qoymadığı yerlərə həyat qaytarılır. Bir sözlə, dövlət başçısının azad olunan ərazilərdə Novruz tonqalını yandırması, bayramı qeyd etməsi tezliklə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacağından xəbər verir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…