48 baxış
Bu yazını paylaşın
Dünya

“Erməni komandanlığı “fəlakət”in uzaq olmadığını görür, nə edəcəyini bilmir” – Ukraynalı ekspert

16 Oktyabr 2020

Ukraynalı hərbi ekspert Yuri Podolyaka Azərbaycan ordusunun Hadrut uğrunda döyüşləri və döyüş taktikası barədə danışıb.

“telejurnal” xəbər verir ki, Podolyak öz Yutub kanalında yerləşdirdiyi videoda Hadrut ətrafında gedən döyüşləri və Azərbaycan ordusunun uğurlu taktikasını şərh edib.

“Azərbaycan ordusu Hadrutu çox sürətlə tuta bildi. Bununla Ermənistan ordusunun Hadrut və Füzuli uğrunda döyüşməsi mənasızlaşdı və erməni silahlı qüvvələri bu mövqelərdən təxliyyə olundu. Ötən gün isə ermənilər Azərbaycan mövqelərinə zərbələr endirdiyini açıqlamış və Füzuli şəhərinin kənar ərazilərini göstərmişdilər. Bu isə Azərbaycanın sözügedən şəhərləri tutduğunu təsdiqləyir.

Hadrut barədə də eyni şeyi demək olar. Ötən gün Azərbaycan Ordusu tərəfindən Hadrutun mərkəzi tərəfində çəkilmiş video yayımlanmışdı. İlham Əliyevin elan etdiyi işğaldan azad olunan növbəti kəndlərin siyahısına baxsaq, Azərbaycan Ordusunun Hadrutdan Qarabağın dərinliyinə doğru gedən trasa yaxınlaşdığını görmək olar.

Görünür ki, ermənilərin artıq əsgərləri çatışmır. Azərbaycan Ordusu düşmənin müdafiəsini yoxlamaq və müdafiə olmadığı ərazini tapmaq taktikasından istifadə edərək irəliləyir.

Tağım döyüş qrupları müdafiədən içərilərə doğru nüfuz edir, bu və ya digər yaşayış məntəqəsini və ya hündürlüyü ələ keçirir və bununla erməniləri çox çətin vəziyyətə salır, onları daha da geri çəkilməyə məcbur edir.

Azərbaycan Ordusunun sürətlə irəliləməsinə baxsaq, ermənilərin sadəcə bütün cəbhə bölgələrini əhatə edəcək əsgərlərinin qalmadığını və buna görə yeni mövqelərə geri çəkildiklərini demək olar.

Ümumiyyətlə, erməni komandanlığı getdikcə ümidsizləşir. Problemlərin artdığını və fəlakətin uzaq olmadığını (sözün hərfi mənasında) görür və bununla bağlı nə edəcəyini heç bir şəkildə bilmirlər”, – deyə ekspert döyüşləri şərh edərkən qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…