16 baxış
Bu yazını paylaşın
Dünya

Ərəb Parlamentinin prezidenti: “Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq”

16 May 2023

“Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq”.

TELEJURNAL  xəbər verir ki, bunu Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

O vurğulayıb ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub: “Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq. Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm münasibətlər bundan sonra da davam edəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…