50 baxış
Bu yazını paylaşın
Siyasi

Ərəb mətbuatında Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti haqqında məqalə dərc edilib

08 Fevral 2022

İordaniyanın “Nayrouz” informasiya agentliyi, İraqın “Əl Mədain”, “Əfkar Hürə” və “Mustağila” portallarında Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti haqqında məqalə dərc edilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “Prezident İlham Əliyevin diplomatik, siyasi və sərkərdəlik məharəti İkinci Qarabağ müharibəsində Qələbəni təmin etdi” sərlövhəli məqalədə dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində torpaqların işğaldan azad olunduğu və Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi diqqətə çatdırılır. Yazının müəllifi, azərbaycanlı şərqşünas Həşim Məmmədov qeyd edir ki, istər müharibədən əvvəl aparılan danışıqlar prosesində, istərsə də hərbi əməliyyatların keçirildiyi müddətdə Ermənistanın havadarlarının müxtəlif təzyiqlərini uğurla dəf edən Müzəffər Ali Baş Komandan İlham Əliyev beynəlxalq mediaya müsahibələrində xalqımızın ədalətli mübarizəsini faktlar və sənədlərlə müdafiə edib. O, eyni zamanda, qüdrətli iqtisadiyyat və ən müasir silah və texnika ilə təchiz edilmiş güclü ordu qurub və bu amillər böyük Zəfərin rəhni olub. Qalib ölkənin Prezidenti müharibədən sonra da təkcə Azərbaycanda deyil, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmin olunması, tərəqqi naminə fəaliyyətini davam etdirir.
Məqalədə ərəb ölkələrinin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan Azərbaycanla sıx əməkdaşlığından da bəhs edilib. Müəllif diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və başda Səudiyyə Ərəbistanı olmaqla, bütün ərəb dövlətləri ilə ölkəmiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…