21 baxış
Bu yazını paylaşın
Siyasi

Ərəb mətbuatı: BƏƏ Azərbaycanla tərəfdaşlığın daha da gücləndirilməsi əzmindədir

16 Aprel 2022

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul etməsi ərəb mətbuatının diqqət mərkəzindədir.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, BƏƏ-nin rəsmi “Emirates” agentliyi, “Əl İttihad”, “Əl Xalic”, “Əl Roeya”, “Şarjah24” və s. mətbu orqanlarında qəbulda iki dost ölkənin əməkdaşlığının genişləndirilməsi əzmi barədə materiallar dərc olunub.
Materiallarda ərəb ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev bu ilin martında BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini xatırladaraq, həmin layihənin gələn ilin sonuna yaxın işə düşəcəyinə ümidvar olduğunu söyləyib. Azərbaycanın dövlət başçısı bu layihənin icrasını qarşılıqlı maraqların və imkanların təmin edilməsinin yaxşı nümunəsi kimi dəyərləndirib.
Yazılarda qeyd olunub ki, BƏƏ-nin naziri onun ölkəsinin Azərbaycanla əməkdaşlığa, xüsusən qarşılıqlı sərmayələrə böyük əhəmiyyət verdiyini vurğulayıb, həmçinin Əbu-Dabi vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın tərəfdaşlığın daha da gücləndirilməsi əzmində olduğunu bildirib.
Xəbərlərdə BƏƏ-nin nazirinin Bakıda keçirdiyi digər görüşlər haqqında da məlumat verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…