27 baxış
Bu yazını paylaşın
Dünya

Ərəb mətbuatı: Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində gənclərin sülh naminə səylərini birləşdirir.

26 İyul 2022

Ərəb mətbuatında Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti haqqında məqalələr dərc olunub.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, Misir, Əlcəzair və İordaniyanın rəsmi agentlikləri və portallarında yayımlanan materiallarda Hərəkata sədrlik edən Azərbaycanın gənclərin sülh naminə səylərini birləşdirdiyi vurğulanıb.

Əlcəzairin rəsmi APS agentliyi və “Əl Hərir” portallarında QH-nin Gənclər Sammitinin yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdırılıb. Xəbərlərdə qeyd olunub ki, tədbirdə iştirak edən Əlcəzairin Ali Gənclər Şurasının prezidenti Mustafa Haldaui öz çıxışında gənclərin sülh və təhlükəsizlik naminə tərəfdaşlığının əhəmiyyətini vurğulayıb, Prezident Əbdülməcid Tebbunun gənclərin cəmiyyət həyatının müxtəlif sahələrində daha fəal iştirakı ilə bağlı fəaliyyətindən bəhs edib. O, həmçinin Azərbaycanın QH çərçivəsində Gənclər Sammitinin keçirilməsi təşəbbüsünü alqışlayıb.

İordaniyanın rəsmi Petra agentliyi, “Mobtada”, “Əs Sabil” portalları və Misirin “Əl Əhram” qəzetində İordaniya nümayəndəsi Baha Qudahın çıxışı ilə bağlı materiallar yayımlanıb. Yazılarda qeyd olunub ki, iordaniyalı gənc Azərbaycanın sədrliyi ilə QH çərçivəsində gənclərin həmrəyliyinin önəmini vurğulayıb, İordaniya şahzadəsi Hüseyn bin Abdullanın liderliyi ilə öz ölkəsində aparılan gənclər siyasətindən bəhs edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…