73 baxış
Bu yazını paylaşın
Siyasi

Ərəb mətbuatı Azərbaycan Prezidentinin İƏT-in Baş katibi ilə görüşü barədə xəbərlərə geniş yer ayırıb

28 İyun 2022

Qahirə, 28 iyun,TELEJURNAL  AZƏRTAC-a istinadən xəbər verir ki,

İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi (UNA), Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi və “Əl-Cəzirə” qəzeti, Misirin MENA agentliyi və “Əl Əhram” nəşri, ərəb ölkələrinin digər agentlikləri və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Baş katibi Hissein Brahim Tahanı qəbul etməsi barədə xəbərlərə geniş yer verib.

yayılan materiallarda qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycanın İƏT-lə səmərəli əməkdaşlıq həyata keçirdiyini və İslam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını söyləyib. O, həm İkinci Qarabağ müharibəsində, həm də postmüharibə dövründə təşkilatın ölkəmizin haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Ərəb mətbuatının materiallarında diqqətə çatdırılır ki, İƏT-in Baş katibi Azərbaycanın bu təşkilat üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirib. Baş katib qeyd edib ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…