63 baxış
Bu yazını paylaşın
Siyasi

Ərəb Liqasının Baş katibi IX Qlobal Bakı Forumunda iştirak edəcək

28 Aprel 2022

Bu gün Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qeyt Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, görüş zamanı Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumuna hazırlıq, toplantıda müzakirə olunacaq mövzular üzrə fikir mübadiləsi aparılıb.

Əhməd Əbul Qeyt Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Qlobal Bakı Forumunda iştirakla bağlı dəvətini qəbul edib.

Görüşdə Azərbaycanın dünyada artan əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında reallaşdırdığı önəmli layihələr, yaranan qlobal ərzaq təhlükəsizliyi müzakirə edilib.

Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Rusiya-Ukrayna müharibəsində sülh prosesinin qurulması istiqamətində atdığı addımlar qeyd olunub.

Sonda Əhməd Əbul Qeytə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və Dünya Bankının sabiq vitse-prezidenti olan İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” kitabları və xüsusi nəşr olan “The Magic of the Pen Select Miniatures from the Khamsa of Nizami Ganjavi” kitabı təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…