17 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğanın “IDEF – 2023” sərgisinin yekun tədbirində iştirakı gözlənilir

27 İyul 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən “IDEF-2023” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində iştirakı gözlənilir.

qeyd edək ki, Türkiyədə Silahlı Qüvvələrin İnkişafı Fondunun təşkilatçılığı ilə ilk dəfə 1993-cü ildə Beynəlxalq Müdafiə Sənaye Sərgisi keçirilib. Hər iki ildən – bir təşkil olunan beynəlxalq tədbirin 16 ili tamam olur.

Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) “Report”un Türkiyə təmsilçisinə verilən məlumata görə, Türkiyə “IDEF – 2023” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisi çərçivəsində 81 ölkədən və 3 beynəlxalq təşkilatdan 189 nümayəndə heyətinə və 689-u yerli, 772-si xarici iştirakçı olmaqla ümumilikdə 1461 şirkətə ev sahibliyi edir.

Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsindən (MSİ) verilən məlumata görə isə sərgiyə 84 ölkədən 33 nazir, 21 nazir müavini, 7 Baş Qərargah rəisi, 8 Baş Qərargah rəisinin müavini, 14 Qüvvət komandiri, 3 Jandarma Baş Komandanı, 4 Sahil Mühafizəsi komandiri, 4 Polis rəisi və 2 müşavir olmaqla, ümumilikdə 96 yüksək səviyyəli iştirakçı qatılıb.

Sərgidə görüş ofisləri (stendlər) açan Türkiyənin 31 satınalma şirkəti tərəfindən nümayəndə heyətləri və iştirakçı firmalarla birgə ümumilikdə 4914 ikitərəfli görüşün keçirilməsi planlaşdırılır və onlar arasında təxminən 120 müqavilənin imzalanması nəzərdə tutulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…