44 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

09 Dekabr 2020

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təntənəli Qələbə paradında iştirak etmək üçün bu gün Azərbaycana gələcək.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.

Qeyd edilir ki, Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşəcək.

Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

İki ölkənin lideri “Bir millət, iki dövlət” şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq.

Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.

Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…