33 baxış
Bu yazını paylaşın
Dünya

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb

11 Aprel 2023

“Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir”.

TELEJURNAL xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, vətəndaşlarının can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: “Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə gələcək dövrdə də terrorla mübarizəni davam etdirəcək: “Hüquqi dövlət sistemizi gücləndirəcəyik. Terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıq. Tələbələrimizə aylıq 10 GB-lıq pulsuz internet verəcəyik. Əhalimizin yoxsullaşmasının qarşısını alacağıq. Turizm sahəsinə də əlavə investisiya ayıracağıq”.

Yenidən dövlət başçısı seçiləcəyi təqdirdə rəsmi Ankaranın həyata keçirəcəyi xarici siyasət kursu barədə danışan, R.T.Ərdoğan söyləyib ki, hazırki siyasəti davam etdirəcəklər: “Elə edəcəyik ki, dünya hüzurlü olsun. Çoxtərəfli siyasətimiz davam edəcək. Dünyada əməkdaşlıq mühitinin yaradılması üçün çalışacağıq”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…