380 baxış
Bu yazını paylaşın
Dünya

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

19 Avqust 2022

“Biz yeni Çernobıl faciəsi yaşamaq istəmirik”.

“TELEJURNAL.AZ” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə üçtərəfli zirvə görüşündən sonrakı birgə mətbuat konfransında deyib.

Türkiyə lideri İstanbul razılaşmasının yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını qiymətləndirdiklərini bildirib.

“Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyəti var. Biz bunun həyata keçirilməli olduğunu xüsusi qeyd etdik”, – Türkiyə rəhbəri vurğulayıb.

Ərdoğan Zelenskinin dəvəti ilə Lvovda olmaqdan məmnunluğunu bildirib.

Zelenski ilə ikitərəfli görüşdə ölkələr arasında strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrin bütün aspektlərini dəyərləndirdiklərini vurğulayan Ərdoğan mövcud şərtlərdə əməkdaşlığı və həmrəyliyi yaxşılaşdırmaq imkanlarını müzakirə etdiklərini bildirib.

“Təbii ki, təxminən 6 aya yaxın davam edən müharibə danışıqlarımızın əsas mövzusu oldu. Bu münasibətlə onun bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladım”, – Türkiyə lideri vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…