37 baxış
Bu yazını paylaşın
İctimai

Ərdoğan ümid edir ki, taxıl müqaviləsi uzadılacaq

01 May 2023

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin müddəti mayın 18-dən başa çatandan sonra yenidən bu razəlaşmanın uzadılmasına ümid etdiyini bildirib.

 

TELEJURNAL  xəbər verir ki, o, bu barədə bazar günü “TRT Türk” telekanalının efirində bildirib.

“Biz Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya liderləri və Vladimir Putinlə münasibətlərdə yaradılmış əlverişli atmosferdən həm əsirlərin mübadiləsində, həm də taxıl dəhlizinin təşkilində istifadə etdik. Biz bu istiqamətdə işimizi davam etdiririk, müqavilənin uzadılmasını səbirsizliklə gözləyirik”, – deyə Türkiyə lideri bildirib.

Taxıl müqaviləsinin uzadılması məsələsi ötən həftə Türkiyə və Rusiya prezidentləri arasında telefon danışıqları zamanı müzakirə olunub. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cümə günü deyib ki, İstanbul razılaşmaları Rusiya Federasiyasına aid şərtlər baxımından yerinə yetirilmir və bu baxımdan müqavilənin uzadılması perspektivləri “o qədər də yaxşı deyil”.

“Hürriyet” qəzetinin məlumatına görə, Türkiyə tərəfi bu problemi yaxın günlərdə BMT, ABŞ və Böyük Britaniya nümayəndələri ilə müzakirə edəcək.

22 iyul 2022-ci il tarixində İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb.

İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddətə uzadılıb.

Bu il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, sövdələşmənin uzadılması ilə bağlı növbəti qərar “Rosselxozbank”ın “SWIFT” sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının tədarükü, ehtiyat hissələri, servis xidmətlərinin bərpasından, sığorta və təkrar sığorta üzrə məhdudiyyətlərin aradan qaldırılmasından, limanlara giriş qadağasının ləğv edilməsindən asılı olacaq. Həmçinin Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası, qida, gübrə istehsalı, eləcə də daşınması ilə məşğul olan Rusiya şirkətlərinin xarici aktivlərinin, hesablarının blokdan çıxarılması müqavilnin yenidən uzadılmasına təsir edə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…