41 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğan: “Türkiyə Rusiya və Ukrayna ilə eyni anda danışan, həll təklifləri hazırlayan yeganə ölkədir”

03 İyul 2023

“Biz hələ də Rusiya və Ukrayna ilə eyni anda danışan, dialoq kanalları fəaliyyət göstərən və həll təklifləri hazırlayan yeganə ölkəyik”.

Telejurnal  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə tarazlığı, ədalətliliyi, inamlı mövqeyi ilə böhranların həllində həlledici rol oynayır:

“İstanbul prosesi dəyərləndirilə bilsəydi, indiyə qədər yaşanan dağıntılar, göz yaşları yaşanmazdı. Taxıl müqaviləsi və əsir mübadiləsi ilə davam edən diplomatik səylər, təəssüf ki, müharibə lobbisi tərəfindən bloklandı və köhnəldi. Hərbi və mülki olmaqla on minlərlə insan bunun əvəzini ödədi. Əslində, biz Türkiyə olaraq bir müddət bu savaş lobbisinin hədəfi olmuşuq. Müxalifət namizədinin əsassız ittihamları da bu ssenarinin tərkib hissəsidir. Türkiyə demokratiyasına xələl gətirən iddialarla bağlı bir dənə də olsun konkret sübut təqdim edilməyib. Seçki ab-havasında belə bir təxribatın niyə törədildiyi ilə bağlı ictimaiyyəti qane edəcək heç bir açıqlama verilmədi. Son 1,5 ildə bu kimi saysız-hesabsız misallarla, təxribatlarla, Türkiyəni çətin vəziyyətə salmağa yönəlmiş qəddar cəhdlərlə qarşılaşmışıq. Müharibəyə odun daşımaq əvəzinə, sülhün bərqərar olması üçün səy göstərdik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…