69 baxış
Bu yazını paylaşın
Dünya

Ərdoğan: “Türkiyə Qarabağdan Liviyaya qədər haqsızlığın hökm sürdüyü hər yerdə ədaləti bərpa edə bilib”

11 Aprel 2023

“Fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini ən qısa müddətdə aradan qaldıracağıq”.

TELEJURNAL  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

O bildirib ki, beynəlxalq siyasi düzən indi yenidən formalaşır: “Dünyada müntəzəm olaraq kimsə meydan oxumaq cəhdi ilə çıxış edir. Belə bir vaxtda Türkiyədə siyasi iradəyə sahib iqtidarın olması şərtdir”.

R.T.Ərdoğanın sözlərinə görə, indi Türkiyənin güclü olmaqdan başqa yolu yoxdur: “Üstəlik, bu ancaq bizə yox, bütün dünyaya lazımdır”.

Prezident xatırladıb ki, Türkiyə Qarabağdan Liviyaya qədər haqsızlıqların hökm sürdüyü hər yerdə ədaləti bərpa edə bilir: “Biz həm Rusiya, həm də Ukrayna ilə danışa bilən nadir dövlətik. Bəzilərindən fərqli olaraq Türkiyə hakimiyyəti “Qarabağda nə işimiz var?” demədi.

Biz bəzilərindən fərqli olaraq hər kəsə onların eşitmək istədiyini demədik. Ona görə indi xalqımızn qarşısına üzü ağ, alını açıq çıxa bilirik”.

Onun fikrincə, hazırda Qərbin durumu yaxşı deyil.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…