34 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdinə “Togg” avtomobili hədiyyə edib

18 İyul 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana “Togg” avtomobili hədiyyə edib.

Telejurnal   xəbər verir ki, Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə lideri bu ölkənin rəhbərliyi ilə birbaşa investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində birgə əməkdaşlıq məsələlərini müzakirə edib.

Əl Salam sarayında R.T.Ərdoğan Məhəmməd bin Salman arasında təkbətək və geniştərkibli görüş olub.

Danışıqlardan sonra Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı vəliəhdinə ağ rəngli “Togg” hədiyyə edib.

Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova “Togg” avtomobili təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…